4002463 AZR V2

PASİYENTİN MƏLUMAT VƏRƏQƏSİ

LYSOBACT həbi
Lisozim hidroxlorid, piridoksin hidroxlorid

İçliyi diqqətlə oxuyun, çünki içlikdə sizin üçün əhəmiyyətli olan informasiyalar verilmişdir!
Bu preparat reseptsiz satılır. Yaxşı nəticə almaq üçün bu içlikdə yazılanlara riayət etməniz zəruridir.
Bu içliyi saxlayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər.
Əlavə informasiya və ya məsləhətə ehtiyacınız olsa, həkiminizə və ya əczaçınıza müraciət edin.

Bu vərəqədə aşağıdakıları oxuya bilərsiniz:

  1. LYSOBACT nədir və nə üçün istifadə olunur.
  2. LYSOBACT preparatını qəbul etməzdən əvvəl.
  3. LYSOBACT preparatını necə qəbul etməli.
  4. Əlavə və yan təsirləri.
  5. LYSOBACT preparatını necə saxlamalı.
  6. Əlavə informasiyalar.


  1. LYSOBACT preparatı nədir və nə üçün istifadə olunur.
LYSOBACT preparatının tərkibində lisozim və piridoksin adlı iki aktiv tərkib hissəsi vardır. Preparat tənəffüs sisteminə təsir göstərən dərmanlar qrupuna aiddir – lokal antiseptik vasitədir.
LYSOBACT sıxılmış həbləri məhdud sayda ağız xəstəliklərinin və süd yarası da daxil olmaqla udlaq selikli qişasının bir hissəsinin müalicəsində istifadə edilir.

  1. LYSOBACT preparatını qəbul etməzdən əvvəl.

Başqa dərmanlar qəbul edirsinizsə, müəyyən xroniki xəstəliyiniz, maddələr mübadiləsinin pozulması, dərman preparatlarına həddən artıq həssaslıq və ya onların hər hansı birinə qarşı allergik reaksiyalarınız varsa, həkiminizə məlumat verin.

LYSOBACT həblərini aşağıdakı hallarda qəbul etmək məsləhət görülmür:

  • Lisozim xloridə və ya piridoksin xloridə, digər tərkib hissələrinə qarşı həddindən artıq həssassınızsa.

LYSOBACT həbləri qəbul edən zaman nələrə diqqət yetirməlisiniz:
Uzun müddət (bir neçə ay və ya il) yüksək piridoksin dozalarından (B6 vitamini) istifadə edərkən, arabir sancma, müvazinət pozğunluğu, əl və ayaq əsməsi (tremor), həmçinin hərəkətlərin çətin koordinasiyası halları baş verə bilər ki, bu hallar dərman preparatının qəbulunun dayandırılmasından sonra adətən aradan qalxır.

Bu dərman preparatını 5 gündən artıq qəbul etməməlisiniz, çünki bu, bakterial və ya göbələk infeksiyasının yayılması riskinə səbəb olmaqla ağız mikroflorasında balansın pozulmasına gətirib çıxara bilər.

Ağız boşluğunun və udlağın selikli qişasında rast gələn xəstəliklər zamanı:
Başqa simptomlar (temperatur, irinli bəlğəm, çətin udma) yarandıqda, bu simptomlar ağırlaşdıqda və ya 5 gündən sonra yaxşılaşma olmadıqda, həkiminlə məsləhətləşin.

Süd yarası:
Əgər zədələr yayılarsa, onların müddəti uzanarsa və ya yüksək temperatur yaranarsa, dərhal həkiminizlə əlaqə saxlayın.

LYSOBACT preparatının digər dərman preparatları ilə birgə qəbulu:
Əgər siz digər dərman preparatlarını, o cümlədən reseptsiz alınan dərmanlar qəbul edirsinizsə və ya son vaxtlar qəbul etmisinizsə, bu haqda həkiminizə məlumat verin. Bura bitki dərmanları da daxildir. LYSOBACT preparatı digər preparatların effektinə təsir edə bilər və bu preparatların bəziləri LYSOBACT preparatının effektinə təsir edə bilər.

  • Piridoksin xlorid Parkinson xəstəliyinin müalicəsində levodopa effektivliyini azalda bilər və yanaşı müalicəsi tövsiyə edilmir.

LYSOBACT preparatının qida və içkilərlə qəbul edilməsi:
Qida və içkilərin mövcudluğu LYSOBACT həblərinin effektivliyinə təsir etməməlidir.

Hamiləlik və laktasiya

Dərman preparatı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
Hamiləlik və laktasiya dövründə istifadəsi mümkündür.

Avtomobil və texnikanın idarə olunması
LYSOBACT həbləri pasiyentin avtomobil və texnikanın idarə olunması qabiliyyətinə təsir etmir.

Digər xəbərdarlıqlar
LYSOBACT həblərinin tərkibində laktoza vardır. Buna görə də, müəyyən şəkərlərə qarşı dözümsüzlüyünüz varsa, LYSOBACT preparatını qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. 

  1. LYSOBACT həblərini necə qəbul etməli:
 
Dərman preparatını verilmiş təlimata əsasən qəbul edin.
Əgər dərmanın effektinin çox zəif və ya çox güclü olduğunu hesab edirsinizsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin.

LYSOBACT həblərinin 3 yaşdan aşağı uşaqlarda istifadəsi uyğun deyildir.

Doza
Adi doza gündəlik 6 - 8 həbdir. Hər dəfə qəbul arasında 1 saat fasilə verilməlidir.

Qəbul qaydası:

Həbi dilinizin altına qoyun və yavaş-yavaş əridin.

Əgər simptomlar 5 gündən çox davam edərsə, yüksək temperatur olarsa, həkiminizlə məsləhətləşin.



LYSOBACT preparatının lazım olan dozadan artıq istifadə edilməsi.
Əgər siz LYSOBACT preparatını lazım olandan artıq istifadə etsəniz, dərhal həkiminizlə və ya əczaçınızla əlaqə saxlayın!

Uzun müddət (bir neçə ay və ya il) yüksək dərman dozalarından istifadə etdikdə, periferik nevropatiya baş verə bilər ki, (arabir tutma, əl və ayaq əsməsi, əzələ zəifliyi) bu da dərmanın qəbulunun dayandırılmasından sonra adətən aradan qalxır.

Həddindən artıq doza qəbul etdikdə, dərhal həkiminizlə əlaqə saxlayın ki, sizə tibbi yardım göstərsin.

LYSOBACT həblərinin qəbulunun yaddan çıxarılması.
Əgər dərman preparatını qəbul etməyi yaddan çıxarsanız, sonra dərmandan ikiqat dozada istifadə etməyin, ancaq adi qrafikə əsasən dərmanı qəbul etməyə davam edin.

Əgər LYSOBACT həblərinin qəbulunu yaddan çaxarsanız, yadınıza düşən kimi onu qəbul etməyə davam edin. Bundan sonra LYSOBACT preparatının qəbulunu adi qrafikə əsasən davam edin.  Yaddan çıxan dozanı bərpa etmək üçün sonradan ikiqat doza qəbul etməyin.

LYSOBACT həblərinin qəbulunun dayandırılması.

Bu dərmanın qəbulunu gözlənilmədən dayandırdığınız halda, orqanizminizə heç bir mənfi təsirlər gözlənmir.

Əgər LYSOBACT həblərindən istifadə ilə əlaqədar hər hansı sualınız olsa, həkiminizlə və ya əczaçınızla danışın.

  1. Yan təsirlər:
Bütün dərman preparatları kimi, LYSOBACT həbləri də müəyyən şəxslərdə yan təsirlərə səbəb ola bilər.

Aşağıdakı allergik reaksiyalar baş verə bilər:
  • Dəri səpkiləri, kəskin dəri qaşıntısı. Dərinin gün işığına güclü həssaslığı (işığa həssaslıq).
  • Kəskin allergik reaksiya (anafilaktik şok), Kvinke ödemi.

Hər hansı yan təsir müşahidə etdikdə, həkiminizlə və ya əczaçınızla dərhal əlaqə saxlayın.

  1. LYSOBACT preparatının saxlanma qaydası:
LYSOBACT preparatını uşaqların əli çatmayan və görə bilmədiyi yerdə saxlayın.

Xüsusi saxlama şəraiti yoxdur.

  1. Əlavə informasiya.
LYSOBACT həblərinin tərkibi:

Hər bir LYSOBACT həbinin tərkibi: lisozim hidroxlorid 20,00 mq və piridoksin hidroxlorid 10,00 mq.

Aşqarlar: laktoza monohidrat, traqakant kitrəsi, saxarin natrium, maqnezium stearat, vanilin.



LYSOBACT həbləri və qablaşdırılması nə formadadırlar?
Hamar səthli, kənarları zədələnməmiş, bir tərəfində qırılma işarəsi olan, digər tərəfi isə hamar səthli və 8 mm diametrli dairəvi ağ və ya sarımtıl sıxılmış həb.
PVC/ Alüminium  blister.
Qablaşdırma ölçüsü: içərisində № 30 həb olan qutu.

Marketinq İcazəsi Sahibi
Bosnalijek, Pharmaceutical and Chemical İndustry ASC, Sarajevo, Jukiceva 53, Bosniya və Herseqovina.
 
İstehsalçı
Bosnalijek, Pharmaceutical and Chemical İndustry ASC, Sarajevo, Jukiceva 53, Bosniya və Herseqovina.

Nəzərdə tutulan buraxılma rejimi
Apteklərdə reseptsiz satılır.
 
İcazə nömrəsi və tarixi:
DV №  12-0991
 
Vərəqəyə düzəliş tarixi
Aprel 2012-ci il