4003979 AZR V1

PASİYENTİN VƏRƏQƏSİ

ENTEROFURYL 200 mq/5ml oral suspenziya
Nifuroksazid

İçliyi diqqətlə oxuyun, çünki içlikdə sizin üçün əhəmiyyətli olan informasiyalar verilmişdir!
Bu preparat reseptsiz satılır. Yaxşı nəticə almaq üçün bu içlikdə yazılanlara riayət etməniz zəruridir.
Bu içliyi saxlayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər.
Əlavə informasiya və ya məsləhətə ehtiyacınız olsa, həkiminizə və ya əczaçınıza müraciət edin.

Bu içlikdə aşağıdakıları oxuya bilərsiniz:

  1. ENTEROFURYL 200 mq/5ml oral suspenziya nədir və nə üçün istifadə olunur.
  2. ENTEROFURYL 200 mq/5ml oral suspenziyanı qəbul etməzdən əvvəl.
  3. ENTEROFURYL 200 mq/5ml oral suspenziyanı necə qəbul etməli.
  4. Əlavə və yan təsirləri.
  5. ENTEROFURYL 200 mq/5ml oral suspenziyanı necə saxlamalı.
  6. Əlavə informasiyalar.


  1. ENTEROFURYL 200 mq/5ml oral suspenziya nədir və nə üçün istifadə olunur.
Bu dərman bağırsaq infeksiyası əleyhinə preparatdır.
ENTEROFURYL 200 mq/5ml oral suspenziya infeksiya mənşəli kəskin ishalın müalicəsində uşaqlarda və böyüklərdə istifadə edilir.

Müalicədə pəhriz tədbirləri və zərurət olduqda təkrar hidratasiya istisna edilmir.

  1. ENTEROFURYL 200 mq/5ml oral suspenziya qəbul etməzdən əvvəl.

Başqa dərmanlar qəbul edirsinizsə, müəyyən xroniki xəstəliyiniz, maddələr mübadiləsinin pozulması, dərman preparatlarına həddən artıq həssaslıq və ya onların hər hansı birinə qarşı allergik reaksiyalarınız varsa, həkiminizə məlumat verin.

ENTEROFURYL 200 mq/5ml oral suspenziyanı aşağıdakı hallarda qəbul etmək olmaz:


ENTEROFURYL 200 mq/5ml oral suspenziyanı qəbul edən zaman nələrə diqqət yetirməlisiniz

Xüsusi xəbərdarlıqlar:
Əgər həkiminiz sizdə müəyyən şəkərlərə qarşı dözümsüzlük olduğunu bildirmişdirsə, bu dərmanı qəbul etməyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin.
 
Aşağıdakı hallarda təcili olaraq həkiminizə müraciət edin:





Ehtiyat tədbirləri:
Həkiminiz tərəfindən sizə təyin edilən oral təkrar hidratasiya məhlulunun istifadə qaydasına və həll olma metoduna həmişə riayət edin və pəhrizinizlə əlaqədar onun məsləhətlərini yerinə yetirin.

Bu müalicə aşağıdakılarla bağlı pəhriz tədbirlərinə əlavədir:
İshal nəticəsində yaranan maye itkisini bərpa etmək üçün böyük miqdarda duzlu və ya şirin içkilərlə təkrar hidratasiya (böyüklərdə orta gündəlik su qəbulu 2 litrdir).
İshal zamanı ərzaq qəbulu:


Süd və süd məhsullarından uzaq durmaqla bağlı olaraq həkiminizlə məsləhətləşməlisiniz.

ENTEROFURYL 200 mq/5ml oral suspenziya ilə birgə digər dərman preparatlarından eyni zamanda istifadə.

Yadda saxlayın ki, bu informasiyalar sizin artıq qəbul etmədiyiniz, həmçinin gələcəkdə qəbul etməyi planlaşdırdığınız dərman preparatlarına aid ola bilər. Əgər siz hazırda başqa bir dərman preparatını, o cümlədən  reseptsiz satılan dərman preparatını qəbul edirsinizsə və ya son vaxtlar qəbul etmisinizsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin.

ENTEROFURYL 200 mq/5ml oral suspenziyasını eyni zamanda disulfiram reaksiyasına və ya MSS depressorlarına səbəb olan dərmanlarla birlikdə istifadə etmək tövsiyə olunmur.

Hamiləlik və laktasiya

Dərman preparatı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
Bu dərmandan hamiləlik zamanı həkimin məsləhəti ilə istafadə edilməlidir.

Laktasiya zamanı bu dərman preparatı ilə qısamüddətli müalicə mümkündür.

Avtomobil və texnikanın idarə olunması
Bu dərman preparatı avtomobil və ya texnikanı idarə etmə qabiliyyətinə təsir etmir.

Digər xəbərdarlıqlar
Bu dərman preparatının tərkibində saxaroza vardır. Saxarozaya dözümsüzlüyü (nadir irsi xəstəlik) olan xəstələrdə istifadəsi tövsiyə edilmir.

Bu dərman preparatının tərkib hissələrindən biri allergik reaksiyalara səbəb ola bilən metil parahidroksibenzoatdır (E218) (ləngimiş allergik reaksiya da mümkündür).

Bu dərman preparatında spirt olduğu üçün, qaraciyər, epilepsiya xəstəliyindən əziyyət çəkirsinizsə və ya siz hamiləsinizsə, həkiminizə müraciət edin.

  1. ENTEROFURYL 200 mq/5ml oral suspenziyanı necə qəbul etməli.

Dərman preparatını əlavə edilmiş içliyə  əsasən qəbul edin.
Əgər dərmanın effektinin çox zəif və ya çox güclü olduğunu hesab edirsinizsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin.

Dərman preparatından istifadə təlimatı:
ENTEROFURYL 200 mq/5ml suspenziya oral istifadə üçün nəzərdə tutulmuşdur.

İstifadədən əvvəl ENTEROFURYL 200 mq/5ml oral suspenziyası olduğu flakon yaxşı çalxalanmalıdır.

Doza
1 aydan 6 aya kimi olan körpələr: 2,5 ml suspensiya gündə 2-3 dəfə
7 aydan 2 yaşa qədər olan uşaqqlar: 2,5 ml suspensiya gündə 4 dəfə
2 yaşdan 7 yaşa qədər olan uşaqlar: 5 ml suspensiya gündə 3 dəfə

Böyüklər üçün
5 ml gündə dörd dəfə.

Müalicə müddəti
Müalicə 7 gündən artıq davam etməməlidir.


ENTEROFURYL 200 mq/5ml oral suspenziyanın lazım olan dozadan artıq istifadə edilməsi.
Əgər siz dərman preparatını təyin edilmiş dozadan yüksək dozada istifadə etsəniz, dərhal həkiminizlə və ya əczaçınızla əlaqə saxlayın!

Bu dərman preparatı ilə zəhərlənmə hallarına rast gəlinməmişdir.


ENTEROFURYL 200 mq/5ml oral suspenziyasının qəbulunun yaddan çıxarılması.
Əgər dərman preparatını qəbul etməyi yaddan çıxarsanız, sonra dərmandan ikiqat miqdarda istifadə etməyin, ancaq adi qrafikə əsasən dərmanı qəbul etməyə davam edin.

ENTEROFURYL 200 mq/5ml oral suspenziyasının qəbulunun dayandırılması.

Bu dərmanı həkiminizin sizə təyin etdiyi müddətəqədər  istifadə edin.
Bu dərmanın qəbulunu gözlənilmədən dayandırdığınız halda,  heç bir mənfi təsirlər gözlənilmir. İstənilən halda tövsiyə edirik ki, müalicə rejiminə əməl edəsiniz və müalicəni dayandırdıqda həkiminizlə məsləhətləşəsiniz.

ENTEROFURYL 200 mq/5ml oral suspenziyasından istifadə ilə əlaqədar hər hansı şübhə və ya sualınız olsa, həkiminizlə və ya əczaçınızla danışın.

  1. Yan təsirlər:
Bütün dərman preparatları kimi, ENTEROFURYL 200 mq/5ml oral suspenziyası da müəyyən yan təsirlərə səbəb ola bilər.
Dəri səpgisi, örə, Kvinke ödemi (əsasən üzdə, dildə və boğazda bədən hissəsinin qəflətən şişməsi) və ya anafilaktik şok (ümumi növlü allergik şok) kimi allergik reaksiyalar ehtimalı vardır.

Hər hansı yan təsir müşahidə etdikdə, həkiminizlə və ya əczaçınızla dərhal əlaqə saxlayın.

  1. ENTEROFURYL 200 mq/5ml oral suspenziyanı necə saxlamalı.
ENTEROFURYL 200 mq/5ml oral suspenziya uşaqların əli çatmayan və görə bilmədiyi yerdə saxlanmalıdır.

30° C dərəcəyə kimi olan temperaturda saxlayın. Dondurmayın.
Saxlama müddəti: 3 il.

ENTEROFURYL 200 mq/5ml oral suspenziyadan qablaşdırma üzərində qeyd edilmiş istifadə müddəti başa çatdıqdan sonra istifadə olunmamalıdır.

  1. Əlavə informasiya.
ENTEROFURYL 200 mq/5ml oral suspenziyanın tərkibi:

5 ml ENTEROFURYL 200 mq/5ml oral suspenziyanın tərkibi: nifuroksazid 200,00 mq. ENTEROFURYL 200 mq/5ml oral suspenziyanın tərkibində aşağıdakı aşqarlar vardır: saxaroza, etanol 96%, karbomer, banan dadı, metil parahidroksibenzoat, natrium hidroksid, susuz limon turşusu, distillə edilmiş su.

ENTEROFURYL 200 mq/5ml oral suspenziyası və qablaşdırılması nə formadadırlar?
ENTEROFURYL 200 mq/5ml oral suspenziya qatı yaşıl rəngli banan qoxulu suspenziyadır.
ENTEROFURYL 200 mq/5ml oral suspenziya tərkibində 90 ml suspenziya olan şüşə flakon və 2.5 ml/5 ml doza ölçmə qaşığı olan qutuda qablaşdırılmışdır.

Marketinq İcazəsi Sahibi
Bosnalijek, Pharmaceutical and Chemical İndustry ASC, Jukiceva 53, Sarajevo, Bosniya və Herseqovina.
 
İstehsalçı
Bosnalijek, Pharmaceutical and Chemical İndustry ASC, Jukiceva 53, Sarajevo, Bosniya və Herseqovina.

Nəzərdə tutulan buraxılma rejimi
Apteklərdə reseptsiz satılır.

İcazə nömrəsi və tarixi:
DV № 12-0996

Vərəqəyə düzəliş tarixi
May 2012-ci il