4002753 AZR V2

TƏSDİQ ЕDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmokoloji və Farmakopeya
Ekspert  Şurasının sədri

____________ E.M.Ağayev

“03“ iyul 2014-cü il


Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Bi içlik vərəqəsini diqqətlə oxuyun, çünki orada Sizin üçün əhəmiyyətli olan məlumatlar verilmişdir!
Bu preparat reseptsiz buraxılır. Yaxşı nəticə almaq üçün bu içlikdə yazılanlara riayət etməniz zəruridir.
Bu içliyi saxlayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər.
Əlavə məlumata və ya məsləhətə ehtiyacınız olsa, həkiminizə və ya əczaçınıza müraciət edin.
 
ENTEROFURİL   200 mq bərk kapsullar   
ENTEROFURYL
 
Beynəlxalq patentləşdirilməmiş adı: Nifuroxazide
 
Tərkibi
Təsiredici maddə: hər kapsulda 200 mq nifuroksazid vardır.
Köməkçi maddələr: qarğıdalı nişastası, saxaroza, sellüloza tozu, maqnezium-stearat,
 
Təsviri
Gövdədən və oxra-yaşıl qapaqdan ibarət uzunsov, bərk jelatin kapsullardır.
 
Farmakoterapevtik qrupu
Bağırsaq infeksiyası əleyhinə preparat.
 
İstifadəsinə göstərişlər
ENTEROFURİL 200 mq kapsullar böyüklər və 15 yaşdan böyük uşaqlarda infeksiya mənşəli kəskin və xroniki ishalın müalicəsində istifadə edilir.
 
Müalicədə pəhriz tədbirləri və zərurət olduqda təkrar hidratasiya istisna edilmir.
 
Əks göstərişlər
 
Xüsusi xəbərdarlıqlar
Əgər həkiminiz Sizdə müəyyən şəkərlərə qarşı dözümsüzlük olduğunu bildirmişdirsə, bu dərmanı qəbul etməyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin. Bu dərman preparatının tərkibində saxaroza vardır. Saxarozaya dözümsüzlüyü (nadir irsi xəstəlik) olan xəstələrdə istifadəsi tövsiyə edilmir.
 
Başqa dərmanlar qəbul edirsinizsə, müəyyən xroniki xəstəliyiniz, maddələr mübadiləsinin pozulması, dərman preparatlarına həddən artıq həssaslıq və ya onların hər hansı birinə qarşı allergik reaksiyalarınız varsa, həkiminizə məlumat verin.
Jelatin kapsulun tərkibində azorubin rəngləri (E122) və al-qırmızı rəng 4R (E124) vardır ki, bu da allergik reaksiyalara səbəb ola bilər.
 
Aşağıdakı hallarda təcili olaraq həkiminizə müraciət edin:
 
Ehtiyat tədbirləri
Həkiminiz tərəfindən Sizə təyin edilən oral təkrar hidratasiya məhlulunun istifadə qaydasına və həll olma metoduna həmişə riayət edin və pəhrizinizlə əlaqədar onun məsləhətlərini yerinə yetirin.
 
Bu müalicə aşağıdakılarla bağlı pəhriz tədbirlərinə əlavədir:
İshal nəticəsində yaranan maye itkisini bərpa etmək üçün böyük miqdarda duzlu və ya şirin içkilərlə təkrar hidratasiya (böyüklərdə orta gündəlik su qəbulu 2 litrdir).
İshal zamanı ərzaq qəbulu:
 
 
Süd və süd məhsullarından uzaq durmaqla bağlı olaraq həkiminizlə məsləhətləşməlisiniz.
 
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Yadda saxlayın ki, bu məlumatlar Sizin artıq qəbul etmədiyiniz, həmçinin gələcəkdə qəbul etməyi planlaşdırdığınız dərman preparatlarına da aid ola bilər. Əgər Siz hazırda başqa bir dərman preparatı, o cümlədən tibbi reseptsiz buraxılan dərman preparatı qəbul edirsinizsə və ya son vaxtlar qəbul etmisinizsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
 
ENTEROFURYL 200 mq bərk kapsulları disulfiram reaksiyasına səbəb olan və ya MSS-ə tormozlayıcı təsir göstərən dərmanlarla birlikdə istifadə etmək tövsiyə olunmur.
 
Hamiləlik və laktasiya dövründə istifadəsi 
Dərman preparatı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
Bu dərmandan hamiləlik zamanı həkimin məsləhəti ilə istafadə edilməlidir.
 
Laktasiya dövründə bu dərman preparatı ilə qısamüddətli müalicə mümkündür.
 
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bu dərman preparatı avtomobil və ya texnikanı idarəetmə qabiliyyətinə təsir göstərmir.
 
 
İstifadə qaydası və dozası
Dərman preparatını bu təlimatdakı göstərişlərə əsasən qəbul edin.
Əgər dərmanın effektinin çox zəif və ya çox güclü olduğunu hesab edirsinizsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
 
ENTEROFURYL 200 mq kapsul oral istifadə üçün nəzərdə tutulmuşdur.
 
Kapsullar bir stəkan su ilə udulmalıdır. 
 
Doza
Dərman preparatı böyüklərdə və 15 yaşdan yuxarı uşaqlarda istifadə edilir.
 
Böyüklər və 15 yaşdan yuxarı uşaqlar üçün
Sutkada 4 dəfə 1 kapsul (gündəlik cəmi 800 mq nifuroksazid).
 
Müalicə müddəti
Müalicə müddəti 3 günlə məhdudlaşır.
 
Doza həddinin aşılması
Əgər Siz dərman preparatını təyin edilmiş dozadan yüksək dozada istifadə etsəniz, dərhal həkiminizlə və ya əczaçınızla əlaqə saxlayın!
 
Bu dərman preparatı ilə zəhərlənmə hallarına rast gəlinməmişdir.
 
ENTEROFURİL 200 mq kapsulun qəbulunun yaddan çıxması.
Əgər dərman preparatını qəbul etməyi yaddan çıxarsanız, sonra dərmandan ikiqat miqdarda istifadə etməyin, ancaq adi qrafikə əsasən dərmanı qəbul etməyə davam edin. 
 
ENTEROFURİL 200 mq kapsulun qəbulunun dayandırılması.
Bu dərmanı həkiminizin sizə təyin etdiyi müddətə istifadə edin.
Bu dərmanın qəbulunu gözlənilmədən dayandırdığınız halda,  heç bir mənfi təsirlər gözlənmir. İstənilən halda tövsiyə edirik ki, müalicə rejiminə əməl edəsiniz və müalicəni dayandırdıqda həkiminizlə məsləhətləşəsiniz.
ENTEROFURİL 200 mq kapsuldan istifadə ilə əlaqədar hər hansı şübhə və ya sualınız olsa, həkiminizlə və ya əczaçınızla danışın.
 
Əlavə təsirləri
Bütün dərman preparatları kimi, ENTEROFURYL 200 mq kapsul da müəyyən əlavə təsirlərə səbəb ola bilər.
Dəri səpgisi, övrə, Kvinke ödemi (əsasən üzdə, dildə və boğazda şişkinlik) və ya anafilaktik şok (ümumi tip allergik şok) kimi allergik reaksiyaların baş verməsi ehtimalı vardır.
Hər hansı əlavə təsir müşahidə etdikdə, dərhal həkiminizlə və ya əczaçınızla əlaqə saxlayın.
 
Buraxılış forması
16 kapsul  içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
 
Saxlanma şəraiti
Xüsusi saxlama şəraiti tələb olunmur.
Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
 
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
 
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
 
İstehsalçı
Bosnalijek, Pharmaceutical and Chemical İndustry ASC, Jukiceva 53, Sarajevo, Bosniya və Herseqovina.
 
Marketinq İcazəsi Sahibi
Bosnalijek, Pharmaceutical and Chemical İndustry ASC, Jukiceva 53, Sarajevo, Bosniya və Herseqovina.
 
İcazə nömrəsi və tarixi:
DV №  12-0997