4002460 AZR V2 

PASİYENTİN VƏRƏQƏSİ
 
ENTEROFURYL 100 mq bərk kapsul.    
Nifuroxazide
 
 
İçliyi diqqətlə oxuyun, çünki içlikdə sizin üçün əhəmiyyətli olan informasiyalar verilmişdir!
Bu preparat reseptsiz satılır. Yaxşı nəticə almaq üçün bu içlikdə yazılanlara riayət etməniz zəruridir.
Bu içliyi saxlayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər.
Əlavə informasiya və ya məsləhətə ehtiyacınız olsa, həkiminizə və ya əczaçınıza müraciət edin.
 
 
Bu içlikdə aşağıdakıları oxuya bilərsiniz:
 
  1. ENTEROFURYL 100 mq bərk kapsul nədir və nə üçün istifadə olunur.
  2. ENTEROFURYL 100 mq bərk kapsulu qəbul etməzdən əvvəl.
  3. ENTEROFURYL 100 mq bərk kapsulu necə qəbul etməli.
  4. Əlavə və yan təsirləri.
  5. ENTEROFURYL 100 mq bərk kapsulu necə saxlamalı.
  6. Əlavə informasiyalar.
 
 
  1. ENTEROFURYL 100 mq bərk kapsul nədir və nə üçün istifadə olunur.
Bu dərman bağırsaq infeksiyası əleyhinə preparatdır.
ENTEROFURYL 100 mq infeksiya mənşəli kəskin ishalın müalicəsində uşaqlarda və böyüklərdə istifadə edilir.
 
Müalicədə pəhriz tədbirləri və zərurət olduqda təkrar hidratasiya istisna edilmir.
 
  1. ENTEROFURYL 100 mq bərk kapsulu qəbul etməzdən əvvəl.
 
Başqa dərmanlar qəbul edirsinizsə, müəyyən xroniki xəstəliyiniz, maddələr mübadiləsinin pozulması, dərman preparatlarına həddən artıq həssaslıq və ya onların hər hansı birinə qarşı allergik reaksiyalarınız varsa, həkiminizə məlumat verin.
 
ENTEROFURYL 100 mq kapsulu aşağıdakı hallarda qəbul etmək olmaz:
 
 
ENTEROFURYL 100 mq bərk kapsulu qəbul edən zaman nələrə diqqət yetirməlisiniz
 
Xüsusi xəbərdarlıqlar:
Əgər həkiminiz sizdə müəyyən şəkərlərə qarşı dözümsüzlük olduğunu bildirmişdirsə, bu dərmanı qəbul etməyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin. 
 
Aşağıdakı hallarda təcili olaraq həkiminizə müraciət edin:
 
 
Ehtiyat tədbirləri:
Həkiminiz tərəfindən sizə təyin edilən oral təkrar hidratasiya məhlulunun istifadə qaydasına və həll olma metoduna həmişə riayət edin və pəhrizinizlə əlaqədar onun məsləhətlərini yerinə yetirin.
 
Bu müalicə aşağıdakılarla bağlı pəhriz tədbirlərinə əlavədir:
İshal nəticəsində yaranan maye itkisini bərpa etmək üçün böyük miqdarda duzlu və ya şirin içkilərlə təkrar hidratasiya (böyüklərdə orta gündəlik su qəbulu 2 litrdir).
İshal zamanı ərzaq qəbulu:
 
 
Süd və süd məhsullarından uzaq durmaqla bağlı olaraq həkiminizlə məsləhətləşməlisiniz.
 
 
ENTEROFURYL 100 mq kapsulu digər dərman preparatlarıyla eyni zamanda istifadəsi.
 
Yadda saxlayın ki, bu informasiyalar sizin artıq qəbul etmədiyiniz, həmçinin gələcəkdə qəbul etməyi planlaşdırdığınız dərman preparatlarına aid ola bilər. Əgər siz hazırda başqa bir dərman preparatını, o cümlədən tibbi reseptsiz satılan dərman preparatını qəbul edirsinizsə və ya son vaxtlar qəbul etmisinizsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
 
ENTEROFURYL 100 mq bərk kapsul eyni zamanda disulfiram reaksiyasına və ya MSS depressorlarına səbəb olan dərmanlarla birlikdə istifadə etmək tövsiyə olunmur.
 
Hamiləlik və laktasiya  
 
Dərman preparatı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
Bu dərmandan hamiləlik zamanı həkimin məsləhəti ilə istafadə edilməlidir.
 
Laktasiya zamanı bu dərman preparatı ilə qısamüddətli müalicə mümkündür.
 
Avtomobil və texnikanın idarə olunması
Bu dərman preparatı avtomobil və ya texnikanı idarə etmə qabiliyyətinə təsir etmir.
 
Digər xəbərdarlıqlar
Bu dərman preparatının tərkibində saxaroza vardır. Saxarozaya dözümsüzlüyü (nadir irsi xəstəlik) olan xəstələrdə istifadəsi tövsiyə edilmir.
 
Jelatin kapsulunun tərkibində azorubin rəngləri (E122) və qırmızı rəng 4R (E124) vardır ki, bu da allergik reaksiyalara səbəb ola bilər.
 
 
 
 
  1. ENTEROFURYL 100 mq kapsulu necə qəbul etməli.
Dərman preparatını əlavə edilmiş vərəqəyə əsasən qəbul edin.
Əgər dərmanın effektinin çox zəif və ya çox güclü olduğunu hesab edirsinizsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
 
Dərman preparatından istifadə təlimatı
ENTEROFURYL 100 mq kapsul oral istifadə üçün nəzərdə tutulmuşdur.
 
Kapsullar bir stəkan su ilə udulmalıdır.  
 
Doza
Dərman preparatı böyüklərdə və 6 yaşdan yuxarı uşaqlarda istifadə edilir.
 
Böyüklər üçün
Sutkada 2 kapsuldan 4 dəfə (gündəlik cəmi 800 mq nifuroksazid).
 
6 yaşdan yuxarı uşaqlar
Sutkada 2 kapsuldan 3-4 dəfə (gündəlik cəmi 600-800 mq nifuroksazid).
Kapsulların 6 yaşdan aşağı uşaqlarda istifadəsi tövsiyə olunmur, çünki dərman tıxanmaya səbəb ola bilər. Bunun əvəzinə isə uşaqlarda suspenziyadan istifadə tövsiyə olunur.
 
Müalicə müddəti
Müalicə müddəti 7 günlə məhdudlaşır.
 
ENTEROFURYL 100 mq bərk kapsulun lazım olan dozadan artıq istifadə edilməsi.
Əgər siz dərman preparatını təyin edilmiş dozadan yüksək dozada istifadə etsəniz, dərhal həkiminizlə və ya əczaçınızla əlaqə saxlayın!
 
Bu dərman preparatı ilə zəhərlənmə hallarına rast gəlinməmişdir.
 
ENTEROFURYL 100 mq kapsulun qəbulunun yaddan çıxarılması.
Əgər dərman preparatını qəbul etməyi yaddan çıxarsanız, sonra dərmandan ikiqat miqdarda istifadə etməyin, ancaq adi qrafikə əsasən dərmanı qəbul etməyə davam edin. 
 
ENTEROFURYL 100 mq kapsulun qəbulunun dayandırılması.
 
Bu dərmanı həkiminizin sizə təyin etdiyi müddətə istifadə edin.
Bu dərmanın qəbulunu gözlənilmədən dayandırdığınız halda,  heç bir mənfi təsirlər gözlənmir. İstənilən halda tövsiyə edirik ki, müalicə rejiminə əməl edəsiniz və müalicəni dayandırdıqda həkiminizlə məsləhətləşəsiniz.
 
  
ENTEROFURYL 100 mq kapsuldan istifadə ilə əlaqədar hər hansı şübhə və ya sualınız olsa, həkiminizlə və ya əczaçınızla danışın.
 
  1. Yan təsirlər:
Bütün dərman preparatları kimi, ENTEROFURYL 100 mq kapsul da müəyyən yan təsirlərə səbəb ola bilər.
Dəri səpgisi, örə, Kvinke ödemi (əsasən üzdə, dildə və boğazda bədən hissəsinin qəflətən şişməsi) və ya anafilaktik şok (ümumi növlü allergik şok) kimi allergik reaksiyalar ehtimalı vardır.
 
Hər hansı yan təsir müşahidə etdikdə, həkiminizlə və ya əczaçınızla dərhal əlaqə saxlayın.
 
  1. ENTEROFURYL 100 mq kapsulu necə saxlamalı.
ENTEROFURYL 100 mq bərk kapsulun uşaqların əli çatmayan və görə bilmədiyi yerdə saxlanmalıdır.
 
Xüsusi saxlama şəraiti yoxdur.
Saxlama müddəti: 5 il.
 
ENTEROFURYL 100 mq bərk kapsuldan qablaşdırma üzərində qeyd edilmiş istifadə müddəti başa çatdıqdan sonra istifadə olunmamalıdır.
 
  1. Əlavə informasiya.
ENTEROFURYL 100 mq bərk kapsulun tərkibi:
 
Hər bir ENTEROFURYL kapsulunun tərkibi: nifuroxazide 100,00 mq. ENTEROFURYL 100 mq kapsulun tərkibində aşağıdakı aşqarlar vardır: qarğıdalı nişastası, saxaroza, sellüloz tozu, maqnezium stearat, bərk jelatin kapsulu.
 
ENTEROFURYL 100 mq kapsulası və qablaşdırılması nə formadadırlar?
ENTEROFURYL 100 mq  kapsulları gövdə və yaşıl qapaqdan hazırlanmış uzunsov, bərk jelatin kapsullardır.
ENTEROFURYL 100 mq  kapsulları içərisində 30 kapsul olan qutuda qablaşdırılmışdır.
 
Marketinq İcazəsi Sahibi
Bosnalijek, Pharmaceutical and Chemical İndustry ASC, Jukiceva 53, Sarajevo, Bosniya və Herseqovina.
 
İstehsalçı
Bosnalijek, Pharmaceutical and Chemical İndustry ASC, Jukiceva 53, Sarajevo, Bosniya və Herseqovina.
 
Nəzərdə tutulan buraxılma rejimi
Apteklərdə reseptsiz satılır.
 
İcazə nömrəsi və tarixi:
DV №  12-0997
 
Vərəqəyə düzəliş tarixi
May 2012-ci il